image-n1karobka_ads
image-123
image-6920860c02e8bd6f9d75ede7backend

Fransalı siyasətçi: “Makron, biz Ukrayna uğrunda döyüşməyəcəyik”

image-ad_qayo_720x110px

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkə vətəndaşlarını Ukrayna münaqişəsində iştirak etməməyə çağırıb. O, sosial şəbəkə X-də paylaşım edərək hökumətin mövqeyini tənqid edib.

Doğru.az xəbər verir ki, siyasətçi paylaşımında belə yazıb: “Biz bunu deyirik və həmişəkindən daha yüksək səslə təkrar edirik: ‘Makron, biz Ukrayna uğrunda döyüşməyəcəyik!’ Ayağa qalxaq!”

Filippot eyni zamanda yaxın zamanda genişmiqyaslı hərbi münaqişənin başlaya biləcəyi barədə danışan siyasətçiləri “dəli” adlandırıb.

O, bundan əvvəl də Avropa İttifaqını Ukraynada sülhün əldə olunmasına mane olmaq üçün əlindən gələni etməkdə ittiham etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki