Fransada ərzaq məhsullarının, o cümlədən Ukraynadan idxalının artmasından narazı olan fermerlərin kütləvi etirazları davam edir.
Bu barədə France Bleu radiostansiyası məlumat yayıb.
Etirazçılar yolları bağlayır, inzibati binaların yaxınlığında peyin tökür və yerli istehsalçıların müdafiəsini tələb edirlər. Fransız fermer Florian Gaultier nəşrə şikayət etdi ki, Fransanın ən böyük Lidl şəbəkəsində malların 80%-i xaricdən gətirilir. Onun sözlərinə görə, Fransa əvvəllər quş əti istehsalının yarısını ixrac edirdisə, hazırda idxalı 50%-dir.
“Bu templə üç ildən sonra ölkə ərzaq müstəqilliyini itirəcək”, – deyə aqrar xəbərdarlıq edib. O əlavə edib ki, fermerlər işlərini çətinləşdirən bir çox hökumət tələblərinə əməl etməlidirlər.
Mənbə: A Haber