image-2000x150px
image-123
image-ads_atlas
image-w_1617100832751746247889_1200x630backend

Füsunkar Bakı gecələrinə nur ələyən işıqlar – FOTOSESSİYA

image-728x90px

Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Bakının al-əlvan işıqlarından don biçilir…

AZƏRTAC-ın fotomüxbirləri məhz füsunkar Bakı gecələrinin nur süzülən mənzərələrini lentə alıblar.

İşıqları sayrışan Bakı gecələri şairləri, bəstəkarları, rəssamları ilhama gətirib. Onların hərəsi gecənin bağrına xal salan işıqları bir cür vəsf edib. Mavi Xəzərə söykənən şəhərin sahilyanı işıqları ona daha da füsunkarlıq verir. Şairin məşhur misraları yerinə düşür: “Bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq…”

Bakının gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, göz vuranı da, közərəni, gur yananı da var, səhərədək işıq saçanı da. Şəhərin gecə mənzərəsi çox romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib…

Neon lampalarından süzülən işıqlar qara paltar üzərinə çəkilmiş zərli geyimi xatırladır. İllərdən bəri eşidilən və hər eşidildikcə sanki gəncləşən məşhur mahnının misraları qulağımızda səslənir:

Bəzən sakit həyatlıdır,

Bəzən toylu büsatlıdır.

Göy göyərçin qanadlıdır,

Bizim Bakı gecələri…

DOĞRU.AZ

image-w_1617100832743551649686_1200x630 image-w_1617100832754097811979_1200x630 image-w_161710083275705666_1200x630 image-w_16171008327523522598_1200x630 image-w_1617100832755148339155_1200x630 image-w_1617100832753732434809_1200x630 image-w_1617100832751525913974_1200x630 image-w_1617100832753439314345_1200x630 image-w_1617100832752174665512_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki