image-n1karobka_ads
image-123
image-vgxe0fq0lqsvctxhqlrvjc06kaznatr7vrwczluobackend

Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib – Fotolar

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra Gəncə Dövlət Filarmoniyasında nümayiş olunan ölkənin müxtəlif yerlərindən tədbirdə iştirak edən 30-dan çox startap tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır. Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.

“Ölkəmizdə aqrar startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün əlverişli şərait qurulmuşdur. Qeyd etmək istərdim ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonlar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Həmçinin əlavə etmək istərdim ki, startapçılar bugün aqrar sahədə fəaliyyət göstərən qabaqcıl iri şirkətlərə öz layihələrini təqdim etmək imkanına sahibdirlər”, – deyə nazir əlavə edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov çıxış edərək “Aqrar İnnovasiya və Startaplar” forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor deyib ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startapların inkişafına xüsusi təkan verəcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlar ediblər.

Çıxışlardan sonra ADAU və aqrar startaplar haqqında videoçarx nümayiş olunub.

Daha sonra Anar Cəfərovun moderatorluğu ADAU-nun rektoru Zəfər Qurbanovun, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərimin, “KOİCA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun (Simon) Rhee və “Kök Projekt” şirkətinin həmtəsisçisi Semi Hakimin iştirakı ilə “Aqrar startaplar ekosisteminin vəziyyəti və çağırışlar” mövzusunda panel müzakirə keçirilib.

Forum günün ikinci yarısında aqrar sahədə uğur qazanmış startapların təqdimatı ilə davam edib.

DOĞRU.AZ

image-9cabmnydvpw4vbjtrwvu1t4t78qgfjr6big7zuuz image-0gxcmmpsj0nh4rggqnv9r5k3lackvyh6tewzxl48 image-ujn2qzpy1yphwijzskauhfstezw0afpptwlg5c4j image-gclqfitey357q751yrgzxeitnfvsopary3av1crc image-fajn0qz6r4duwabuwuvtvjjnvql8crmsvlmlk1w8 image-iutvelpaqwhl0nkg08iyudb4rtf2z8evgcaigrqp image-jcuhuuko5dzwic58wj0al41pykj2dk4dtkrbo6xv image-nurlatav0wf3jm1iy5crsbmy642ahke5l74ypaft image-yyzrr1rgu2prffkhf2smue9kemiqqesvxhfxebec image-iakcqy3mlyim7vl1ptgcnyudyrogrowzpaeo9byd image-cw3lfrolfogky0gjgdntxrucrw3fktw7nkkimbzz image-nnpcmuztwnjqbvl6minj4hizufdvu7i6r58ypprg image-ednfc8ivf6syesu4lweeobsldog7i3b0nfzg7q2r image-o0ujnm4mfncintfiegty9949qt1rypl6sdb9ltf7 image-q56w6in1ry1uhsustjp5om4pkk53wosibcmb7iou image-m3mncvdijkzmevbqli7r2xqxinh5x6jh65caoqhv image-m958oodp8r27kiqxll4bkcqejjiosoieoriebz3m image-njfogdswsflqro2hjq5wd8mx2qaurjn5tyjnehp4

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki