image-n1karobka_ads
image-123
image-405538912_3552048465036857_1960958234524082695_nbackend

Günay Ağamalı Ana Vətən Partiyasının 33 – cü ildönümü münasibətilə paylaşım edib – Foto

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı Ana Vətən Partiyasının 33 – cü ildönümü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
Dəyərli Anavətənçilər!
Bu gün Azərbaycanın ictimai – siyasi arenasında öz möhrünü vurmuş Ana Vətən Partiyasının 33 – cü ildönümüdür.
Tələbəlik illərimdən şərəflə addımladığım Ana Vətən Partiyasının sıralarında olmaqdan, haqq yolumuzda sizlərlə birgə yürüməkdən böyük qürur hissi keçirdirəm.
Cənab Sədrimiz Fəzail Ağamalının ətrafında sıx birləşərək ANA VƏTƏNİMİZ naminə gördüyümüz bütün işlərdə hər birinizə uğurlar diləyirəm! Birliyimiz bir ömür sarsılmaz və yenilməz olsun. Günümüz mübarək, əziz ANAVƏTƏNÇİLƏR!
Günay Ağamalı
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri.
24 Noyabr 2023 – cü il
DOĞRU.AZ
image-405538912_3552048465036857_1960958234524082695_n
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki