image-n1karobka_ads
image-123
image-2023-02-01t101859z_352802874_rc2a2z9us0c7_rtrmadp_3_georgia-politics-saakashvili-court-pic_32ratio_1200x800-1200x800-4677backend

Gürcüstan hakimiyyətinə Saakaşvilini xəstəxanadan həbsxanaya qaytarmamaq tövsiyə olunub

image-ad_qayo_720x110px

Tbilisidəki “Vivamed” özəl klinikasında olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicə xəstəxanada davam etdirilməlidir.

Bu barədə “İmedi” telekanalına tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze məlumat verib.

“Xəstənin ümumi vəziyyəti təbii ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da tez-tez ziyarətçilərlə əlaqələndirilir”, – Çxaidze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki