Fələstin HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazır olduqları barədə ABŞ-ı məlumatlandırıblar.
Doğru.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, HƏMAS atəşkəs rejiminə qarşılıqlı riayət edilməsinin vacibliyini vurğulayıb.
Nəşrin yazdığına görə, HƏMAS ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkofu məlumatlandırıb: “Müqavilə müddəti başa çatıb və hərəkat döyüşməyə hazırdır.”
Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS-ın beş yüksək rütbəli üzvünün məhv edildiyini açıqlamışdı.
DOĞRU.AZ




























