“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Qaydanın sərbəst maliyyə vəsaitinin banklarda depozitə qoyulması şərtlərində dəyişiklik edilib.
Dəyişikliyə qədər qeyd olunurdu ki, depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 50 faizindən artıq olmamalıdır.
Fərmanla depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 5 faizindən artıq olmamalıdır.
DOĞRU.AZ