İndoneziyanın Sumatra adasında dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900-ü ötüb.
Doğru.az xəbər verir ki, “Al Arabia” İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinə istinadən, 908 nəfərin öldüyünü, 410 nəfərin isə hələ də itkin düşmüş sayıldığını bildirib.
Məlumata görə, güclü yağışlar Şimali Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində fəlakətə səbəb olub.
Xatırladaq ki, bundan əvvəl Rusiya Səyahət Sənayesi İttifaqı Tailandın cənubunda baş verən daşqınların rusiyalı turistlərə təsir etmədiyini açıqlamışdı.
DOĞRU.AZ




























