image-n1karobka_ads
image-123
image-69326712ae5ac968e6349587backend

İndoneziyadakı daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 837-ə çatdı

image-ad_qayo_720x110px

İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 837 nəfərə çatıb, bir milyondan çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Doğru.az xəbər verir ki, məlumatı Milli Fəlakətlərin İdarə Olunması Agentliyi yayıb. Hesabata görə, 545 nəfər itkin düşüb, 2 700 nəfər isə xəsarət alıb.

Təbii fəlakət Şimali Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində güclü yağışların nəticəsi olaraq baş verib. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Səyahət Sənayesi İttifaqı Tailandın cənub əyalətlərində baş verən daşqınların rusiyalı turistlərə təsir etmədiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki