İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bəyan edib ki, Tehran dinc nüvə enerjisi sahəsində Rusiya ilə əməkdaşlığı davam etdirir.
Doğru.az xəbər verir ki, Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, iki ölkə arasında bu sahədə əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün danışıqlar aktiv şəkildə aparılır.
Onun sözlərinə görə, “İran və Rusiya arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı fəaliyyət davam edir”.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə İranla əməkdaşlığa qadağa daxil edilə biləcəyini demişdi.
DOĞRU.AZ




























