İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Bölməsinin mütəxəssisləri yeni “Şahed-161” kəşfiyyat pilotsuz təyyarəsini reaktiv mühərriklə sınaqdan keçiriblər.
Doğru.az xəbər verir ki, bu barədə Tehran Times nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, “Şahed-161” bir neçə il əvvəl təqdim olunsa da, iranlı alimlər və mühəndislər onun üzərində işləməyə, texniki imkanlarını və innovativ xüsusiyyətlərini təkmilləşdirməyə davam edirlər.
Sınaq uçuşu SEPAH Aerokosmik Qüvvələrinin nailiyyətlərinin sərgisi zamanı həyata keçirilib. Təyyarənin mühərriki həmin tədbirdə işə salınıb.
Məlumata görə, “Şahed-161”in uçuş məsafəsi 150 km, uçuş müddəti iki saat, maksimal uçuş hündürlüyü isə 8 km-dir.
Xatırladaq ki, fevral ayında İran pilotsuz uçuş aparatları üçün nəzərdə tutulmuş “Şəhid Bağeri” adlı təyyarədaşıyan gəmini də istismara verib.
DOĞRU.AZ




























