İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullahın baş qərargah rəisi Heysəm Əli Təbatəbainin Beyruta endirilən hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib.
Doğru.az xəbər verir ki, IDF yaydığı bəyanatda bildirib: “Bu gün, 23 noyabr 2025-ci ildə İsrail Kəşfiyyat İdarəsinin rəhbərliyi altında Beyrut bölgəsində hücum həyata keçirilib və Hizbullahın Baş Qərargah rəisi, terrorçu Heysəm Əli Təbatəbai öldürülüb.”
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyruta hədəfli zərbə endirdiyi açıqlanmışdı. Baş nazir Benyamin Netanyahunun ofisi də hücumun məhz Təbatəbaini hədəf aldığını təsdiqləyib.
RT müxbiri Hüseyn Əyyad isə bildirib ki, İsrailin Beyruta endirdiyi zərbə nəticəsində azı 2 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
DOĞRU.AZ




























