image-n1karobka_ads
image-123
image-69257b7402e8bd123a59fc34backend

İsrail qüvvələri Fələstinlilərin cəsədlərini işarəsiz qəbirlərə basdırıb

image-ad_qayo_720x110px

Amerikanın CNN telekanalı öz araşdırmasında bildirib ki, İsrail hərbçiləri Fələstinli mülki şəxslərin cəsədlərini işarəsiz, dayaz qəbirlərə basdırmaq üçün buldozerlərdən istifadə edib. Bəzi hallarda cəsədlər sadəcə açıq havada buraxılıb və parçalanmağa məhkum edilib.

Jurnalistlər vurğulayır ki, qurbanların əksəriyyəti mülki şəxslər olub; onlar qida tapmaq və humanitar yardım paylama məntəqələrinə çatmaq istəyərkən öldürülüb. Beynəlxalq hüquq ekspertləri qeyd edirlər ki, bu hərəkətlər Cenevrə Konvensiyalarına zidd ola bilər, çünki ölülərə hörmətlə yanaşmaq və onların şəxsiyyətini müəyyən etmək imkanı ilə düzgün dəfn edilməsini tələb edir.

Doğru.az xəbər verir ki, bundan əvvəl BMT-nin Uşaq Fondu (UNICEF) Fələstində bildirib ki, Qəzzada demək olar ki, bütün məktəb binaları yerlə-yeksan edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki