İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində 20-yə yaxın insan yaralanıb, ən azı iki nəfər ölüb.
Doğru.az xəbər verir ki, bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda Beyruta hədəfli zərbə endirdiyi bildirilmişdi.
RT müxbiri Hüseyn Əyyad bildirib ki, hücum Beyrutun cənub ətrafındakı Haret Hreik bölgəsində yerləşən bir binaya yönəldilib.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, Beyrutdakı hücum Hizbullahın Baş Qərargah rəisini hədəf alıb.
DOĞRU.AZ




























