ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Kaliforniyada hərbi baza yaxınlığında qəzaya uğrayıb.
Doğru.az xəbər verir ki, “Stars and Stripes”ın məlumatına görə, qəzaya uğrayan qırıcı “Burevestnik” eskadronuna məxsus olub və hadisə təlim uçuşu zamanı baş verib. Pilot vaxtında havaya qalxmağı bacararaq xəsarətsiz sağ qalıb.
Qeyd edək ki, noyabr ayında ABŞ-ın Tennessi ştatında birmühərrikli Airbus Helicopter EC130T2 də qəzaya uğramışdı.
DOĞRU.AZ




























