image-n1karobka_ads
image-123
image-693ba1e302e8bd369b3ee2fdbackend

Kaliforniyada qaz partlayışı nəticəsində altı nəfər xəsarət alıb

image-ad_qayo_720x110px

ABŞ-ın Kaliforniya ştatının Heyvard şəhərində qaz boru kəmərinin partlaması ciddi fəsadlara səbəb olub.

Doğru.az xəbər verir ki, “The New York Times”ın məlumatına görə, partlayış nəticəsində ən azı altı nəfər xəsarət alıb və yaşayış massivində böyük yanğın yaranıb.

Hadisə sonrası bir neçə ev tamamilə yanıb. Yerli hakimiyyət bildirir ki, iki nəfər hələ də itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir.

Partlayışın dəqiq səbəbləri araşdırılır. Fövqəladə xidmətlər hadisə yerində təhlükəsizlik tədbirlərini gücləndirib və sakinlərin təxliyəsi həyata keçirilir.

Heyvard şəhərində baş verən partlayış bölgədə böyük narahatlıq yaradıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki