image-2000x150px
image-123
image-ads_atlas
image-8vtlhqo33qyjgxrgyaptq88bpb1nz4pw8a97g64obackend

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər endirilib

image-728x90px

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb. Bununla bağlı Aqrar Sığorta Fondunun İdarə Heyəti qərar qəbul edib. Yeni qərara əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, indiyədək bu tariflər müvafiq olaraq 6,1% və 9,5% həddində olub.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib.

Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Qeyd edək ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir. Fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 avqust 2019-cu il tarixli Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları – mal-qara və xırdabuynuzlu heyvanları da sığorta edir. Aqrar sığorta vasitəsilə südlük və ətlik inək-camışları, qoyun və keçi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni onların əvəzinə dövlət ödəyir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər və sığoğrta haqları ilə fondun rəsmi internet səhifəsindəki (asf.gov.az) “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki