image-n1karobka_ads
image-123
image-gske1cytmypiktpmhckkrciy5ahypmlrvp4vfkgmbackend

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qobustanda vətəndaşları qəbul edib – FOTO

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov dekabrın 19-da Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qobustan və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, lizinq müqaviləsinə görə möhlət hüququnun verilməsi, əkin subsidiyasının verilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

DOĞRU.AZ

image-xexrqpndkclhhh3dp92knl47g77s8ff4z8ic5dc5 image-e0usybgpo4xba7u2db1c5ul2cppwmxvgk3iywd5v image-cl8fmncta8pyxyasrxwbmk3tzkdpjrhmw5u4tuts

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki