image-2000x150px
image-123
image-ads_atlas
image-17117229283364821239_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb – FOTO

image-728x90px

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova martın 29-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Göygöl, Yardımlı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən dövlət dəstəyi tədbirləri, texnikalarla təmin olunma, aqrotexniki tədbirlər və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb.

Daha sonra nazir müavini Köhnə Alvadı kəndində fermer Əbdül İsmayılov və Cəsarət Əzizovun çiyələk təsərrüfatlarında aqrotexniki tədbirlərlə tanış olub. Həmçinin rayonda soyuducu kameralara baş çəkib, fermerlərlə üzləşdikləri çətinliklərlə bağlı müzakirələr aparılıb.

DOĞRU.AZ

image-17117229283516334950_1200x630 image-171172292822503847_1200x630 image-17117229285569626935_1200x630 image-17117229283516849315_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki