image-n1karobka_ads
image-123
image-1705404544210925424_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini Zərdabda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb – FOTO

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yanvarın 16-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zərdab, Ucar, Hacıqabul, Sabirabad və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Doğru.az“-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya, güzəştli şərtlərlə kreditin verilməsi, texnikanın icarəyə ayrılması, işlə təminat, dəymiş zərərə görə sığorta ödənişi, pay torpağının zəbt edilməsi, torpağın sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlərin bəyanı, əkinlərin sığortalanması prosesi ilə maraqlanıb. İlhamə Qədimova, həmçinin rayonun qabaqcıl fermerləri ilə görüşərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, əkinlərin bəyanı prosesinin təşkili və bəyanların qəbulu ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıb.

DOĞRU AZ

image-17054045442562749772_1200x630 image-17054045443334529530_1200x630 image-17054045441603137172_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki