image-n1karobka_ads
image-123
image-17049708343716217901_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini Zərdabda vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yanvarın 16-da, saat 10:00-da Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Doğru.az-a bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-640-10-90) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki