image-2000x150px
image-123
image-ads_atlas
image-frgkj7uwiqjogzvung66a6vakgqcfichahucbzenbackend

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Qaxda vətəndaşları qəbul edib – FOTO

image-728x90px

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qax rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, kənd təsərrüfatı texnikasının icarəyə götürülməsi, məhsulun satışına köməklik göstərilməsi, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin verilməməsi, o cümlədən heyvandarlığın inkişaf etdirilməsi və aqrar sığorta fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, payızlıq əkinlərin bəyanı və sığortalanması prosesi ilə maraqlanıb.

DOĞRU.AZ

image-8ammse06dwtggyt7edazsfjrr8z69iin0hkhbjzs image-oufkbxkefcwsnttxdhdgmwincbm7qhdbijmbsgdt image-mjgeimxtddjly28ffp1oaktzt9xunnismosr5eob

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki