image-ads_n1karobka_mobile
Lavrov Qərblə silahlara nəzarət üzrə dialoqa qayıtmaq şərtini açıqlayıbbackend

Lavrov Qərblə silahlara nəzarət üzrə dialoqa qayıtmaq şərtini açıqlayıb

ABŞ və müttəfiqlərinin anti-Rusiya siyasətindən əl çəkəcəyi təqdirdə Rusiya Qərblə silahlara nəzarət üzrə dialoqu bərpa etməyə hazırdır.

Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Yeni START Müqaviləsi və onu əvəz edəcək bir şey haqqında saziş üzrə ABŞ-la dialoq perspektivlərinə gəlincə, biz açıq şəkildə bildirdik ki, Vaşinqton anti-Rusiya kursundan əl çəkmədən dialoq mümkün deyil”, – Rusiya XİN rəhbəri bildirib.

Lavrovun sözlərinə görə, Rusiya nəzarət ideyasına qarşı deyil, lakin hesab edir ki, istənilən dialoq o halda mümkün olacaq ki, Qərb Rusiya Federasiyasının bərabərlik və maraqlarına hörmət prinsiplərinə əməl etsin, həmçinin yeni geosiyasi reallıqları qəbul etsin. Əks halda istənilən danışıqlar mənasız olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki