Baltikyanı respublika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deividas Matulionis bildirib ki, Litva hakimiyyəti sərhəddəki vəziyyətlə bağlı Belarusa güzəştə getməyəcək.
Doğru.az xəbər verir ki, Matulionis LRT-yə açıqlamasında deyib: “Mən istərdim ki, Litva hökuməti məsələni həll etsin; sərhəd komissarları bunun üzərində işləyir, amma bizim hər hansı güzəştə getməyimizdə heç bir məna görmürəm.”
Qeyd edək ki, bundan əvvəl Belarus lideri Aleksandr Lukaşenko Litva ilə sərhəddə keçid məntəqəsinin fəaliyyəti ilə bağlı danışıqların təşkili barədə göstəriş verib.
DOĞRU.AZ




























