Fransada müzakirə edilən milli hərbi xidmətin islahatı gənclərin Ukrayna münaqişə zonasına göndərilməsi ilə nəticələnməyəcək.
Doğru.az xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron RTL radiostansiyasına açıqlama verib.
Makron bildirib ki, islahatın əsas məqsədi ordu ilə dövlət arasında əlaqənin gücləndirilməsidir. “Ancaq biz gənclərimizi Ukraynaya göndərəcəyimizlə bağlı hər hansı yanlış təsəvvürü indi aradan qaldırmalıyıq. Söhbət bundan getmir”, – o, əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Fransanın “Le Journal du Dimanche” qəzeti Makronun Ukrayna ilə bağlı mövqeyinə görə reytinqlərinin aşağı düşdüyünü yazmışdı.
DOĞRU.AZ




























