image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-87backend

Məcnun Məmmədov: “Sağlamlığımız və qidamız üçün sağlam ekosistemlərdən asılıyıq

image-728x90px

 

 

“Heyvanlar yer üzündə həyatın və insanların qidalanmasının əsasını təşkil edir. Sağlamlığımız və qidamız üçün sağlam ekosistemlərdən asılıyıq”.

Bu sözləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliklərinin və biomüxtəlifliyin zədələnməsinin səbəbinin daha tez-tez ortaya çıxan yoluxucu xəstəliklər olduğuna dair sübutlar var:

“Heyvanlar qlobal biomüxtəlifliyimizin bir hissəsidir və əsas məqsəd onların rifahı ilə yanaşı növlərini də qorumaqdır. Kənd təsərrüfatının inkişafı siyasətimizdə heyvandarlıq və sağlamlığın prioritet mövzu olduğunu nəzərə almaq lazımdır.

Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Bizim əsas məqsədimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir. Şaxələndirmək dedikdə nəzərdə tutduğumuz, ilk növbədə, kənd təsərrüfatının inkişafına diqqət yetirilir.

Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki