image-2000x150px
image-123
image-ads_atlas
image-17061947823468922911_1200x630backend

Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirilib

image-728x90px

Yanvarın 25-də Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov 2024-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə çıxış edən Əhməd İsmayılov maliyyə yardımının göstərilməsində əsas məqsədin onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi olduğunu deyib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunmasının, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsinin zəruriliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, maliyyə yardımı göstərilən veb-saytların infrastrukturu gücləndirilməli, dil imkanları genişləndirilməli, təhlükəsizliyi tam təmin edilməlidir.

Görüş zamanı onlayn media subyektlərinin rəhbərləri tərəfindən bildirilib ki, ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemləri həll edilib. Bir sıra saytlar tamamilə yeni tərtibata keçib, habelə müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin nizama salınması təmin olunub.

Görüş mövzu ətrafında müzakirələrlə davam edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki