image-2000x150px
image-123
image-ads_atlas
image-174327_dyq1p3vmurbackend

Medianın İnkişafı Agentliyinin 3 yaşı tamam olur

image-728x90px

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 3 yaşı tamam olur.

MEDİA  Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb.

Qurumun yaradılmasında məqsəd kimi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.

Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.

MEDİA-da çalışan həmkarlarımızı qurumun 3 yaşının tamam olması münasibəti ilə təbrik edirik.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki