image-2000x150px
image-123
image-ads_atlas
image-53-pic_32ratio_900x600-900x600-79118backend

Misir Qəzza zolağında müharibəyə son qoymaq planını təqdim edib

image-728x90px

Misir İsraillə Fələstinin Həmas qruplaşması arasında müharibəyə son qoymaq üçün üç mərhələli plan təklif edib.

İsrailin “The Times of Israel” qəzeti yazır ki, plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.

Nəşrin məlumatına görə, dekabrın 24-də İsrail rəsmiləri bir neçə yəhudi mediasına Misirin HƏMAS-la müharibədə atəşkəs və Qəzza zolağında yaraqlılar tərəfindən saxlanılan israilli girovların azad edilməsi ilə bağlı yeni təklifi müzakirəyə çıxardığını təsdiqləyiblər. Bəzi rəsmilərin fikrincə, İsrail təklifi qəti şəkildə rədd etmir, layihə danışıqlara səbəb ola bilər.

Keçən həftə Qahirədə Misir və HƏMAS arasında danışıqlarda iştirak edən mənbəyə istinad edən Səudiyyə xəbər saytı “Asharq”a görə, Misirin təşəbbüsü döyüşləri bitirmək və qalan bütün girovları üç mərhələdə azad etmək planıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki