image-n1karobka_ads
image-123
image-69163af8ae5ac90b5b697a0fbackend

Misirdə ağır yol qəzası: Beş rusiyalı və iki azərbaycanlı yaralandı

image-ad_qayo_720x110px

Misirin Qırmızı dəniz əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Doğru.az xəbər verir ki, Marsa Alam–El Quseir şosesində minik avtomobili ilə mikroavtobusun toqquşması faciəyə səbəb olub.

Tibbi mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, qəza nəticəsində bir Misir vətəndaşı həyatını itirib, ümumilikdə yeddi nəfər yaralanıb. Xəsarət alanlar arasında beş rusiyalı turist və iki azərbaycanlının olduğu bildirilib.

Qəzaya dair hüquqi məsələlərlə bağlı isə vəkil Mixail Salkin daha əvvəl Misirdə baş verən yol-nəqliyyat hadisələrində kompensasiyanın alınması qaydaları barədə açıqlama verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki