Dekabrın 5-dən etibarən Finlandiya, İsveç və Danimarkanın müdafiə komandanlığı NATO-nun Hollandiyadakı qərargahından ABŞ-ın Norfolk şəhərindəki Birgə Komandanlığa verilib.
Doğru.az xəbər verir ki, NATO izah edib ki, bu dəyişiklik Şimal ölkələrinin fəaliyyətlərinə görə məsuliyyətin Brunssum Birləşmiş Qüvvələr Komandanlığından Norfolk Birgə Qüvvələr Komandanlığına (JFC Norfolk) ötürülməsi ilə bağlıdır.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç bildirib ki, bu addım Uzaq Şimalda blokun müdafiəsini gücləndirmək üçün zəruridir.
Qeyd olunur ki, bundan əvvəl Macarıstan xarici işlər naziri Peter Szijarto ölkəsinin NATO-nun Ukraynaya hərbi yardım mexanizminin həyata keçirilməsində iştirak etməyəcəyini açıqlamışdı.
DOĞRU.AZ




























