image-2000x150px
image-123
image-ads_atlas
image-17139596594139214346_1200x630backend

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub – FOTO

image-728x90px

Naxçıvanda müəssisələrdə istehsal olunan unun keyfiyyətinin daha da yüksəldilməsi və alıcıların tələblərinə uyğunlaşdırılması məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən istehsal bölmələrində yenilənmə işləri aparılır. Növbəti aydan başlayaraq daha yüksəkkeyfiyyətli un növlərinin satışı həyata keçiriləcək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Canməmməd Canməmmədov söyləyib.

Onun sözlərinə görə, yeniləmə işləri bitdikdən sonra həmin bölmələrdə mannı istehsalı da həyata keçirilək.

“Cari ilin əvvəlindən etibarən MMC tərəfindən istehsal olunan məhsulların bir qisminin Türkiyəyə ixracına başlanılıb. 432 ton buğda kəpəyi, 25 ton ilkin sınaq məqsədilə buzov böyütmə yemi və ətlik iribuynuzlu yeminin ixracı baş tutub. Növbəti dövrdə isə un növlərinin, südlük iribuynuzlu yeminin ixracı üçün danışıqlar aparılır”, – deyə icraçı direktor vurğulayıb.

Canməmməd Canməmmədov qeyd edib ki, ötən il “Naxçıvan Taxıl Məhsulları” MMC tərəfindən Muxtar Respublikada kənd təsərrüfatının inkişafına dəstək məqsədilə yerli təsərrüfatçılar tərəfindən tədarük olunmuş 5844 ton yerli buğda, 1735 ton qarğıdalı, 62 ton arpa qəbul edilib: “Qəbul edilən yerli buğdanın miqdarının artıq olması təsərrüfatçıların gələcəkdə bu sahədə daha əzmlə çalışmasına stimul verir. Həmçinin yerli məhsulun bol olması və vətəndaşların əsas qida növü olan una əlçatanlığı nəzərə alınaraq cəmiyyət tərəfindən satışa çıxarılan 50 kiloqramlıq un kisəsinin (buğda) qiyməti 37 manatdan 27 manata endirilib. İstehsal olunmuş məhsulların satış mərkəzlərinə daha operativ çatdırılması və müəssisənin fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə son bir ay ərzində müəssisəyə 4 ədəd yükdaşıma avtomobilləri alınıb. Aprel ayının 23-dən başlayaraq “Naxçıvan Taxıl Məhsulları” MMC-də istehsal olunmuş müxtəlif çəkilərdə paket unlarının ilk dəfə Bakı şəhərində satışının təmin olunması üçün müəyyən şirkətlərlə müqavilələr bağlanılıb və satış üçün Bakı şəhərinə yola salınıb”.

DOĞRU.AZ

image-17139596595364764678_1200x630 image-171395965997949952_1200x630 image-1713959659430203875_1200x630 image-171395965981535679_1200x630 image-17139596591737319426_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki