image-2000x150px
image-123
image-ads_atlas
image-lyuvwck8cegjh9jvxl9hrv4fvrdnw2avrr2esmiibackend

Nazir Məcnun Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

image-728x90px

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 26-da, saat 09:00-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-437-72-17 və 077-299-31-59) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki