image-n1karobka_ads
image-123
image-69068405ae5ac9702925c87ebackend

Obama Tramp dövründə vəziyyətin pisləşdiyini bildirib

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Barak Obama Nyu-Cersidə çıxış edərək Donald Trampın administrasiyası dövründə ölkədə vəziyyətin pisləşdiyini vurğulayıb.

Doğru.az xəbər verir ki, Obama bildirib ki, sadə insanlar yoxsullaşır, Trampın yaxınları isə varlanır.

Obama sözlərinə əlavə edib ki, Tramp insanları real problemlərindən yayındırmaq üçün memlar, qəribə videolar və sui-qəsd nəzəriyyələrini yayımlayır: “Hər gün xəbərlərdə gördüyümüz cəfəngiyyatlar və iyrənc bəyanatlar sizin vəziyyətinizin yaxşılaşmadığı faktından yayındırmaq üçündür”.

O, həmçinin qeyd edib ki, amerikalılar iqtisadi problemlərə görə Trampa səs veriblər, lakin indiki vəziyyət daha da pisləşib.

Daha əvvəl Konqresmen Anna Paulina Luna ABŞ-ın Obama dövründə Rusiya ilə münasibətlərində uğursuzluq yaşadığını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki