image-ads_n1karobka_mobile
image-1707760473_gettyimages-1863846138backend

Orban: Aİ liderləri Ukraynaya görə müharibəyə başlamaq istəyir

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı liderləri Ukraynaya dəstək məqsədilə müharibəyə başlamağa can atırlar.

Doğru.az xəbər verir ki, Orbanın sözlərinə görə, Aİ-yə üzv ölkələr vəsaitləri Ukraynaya köçürmək və silah tədarükünü maliyyələşdirmək niyyətindədirlər.

Baş nazir əlavə edib ki, bəzi avropalı siyasətçilər hüquqi hiylələrdən istifadə edərək Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirməyə çalışır:
“Vəziyyət ciddidir… Bütün bu təkliflər açıq şəkildə göstərir ki, Brüssel müharibəyə başlamaq istəyir”.

Qeyd edək ki, bundan əvvəl Orban üçüncü dünya müharibəsi riskindən də danışmışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki