Pakistanda baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Doğru.az xəbər verir ki, Bəlucistanın səhiyyə naziri Baxt Məhəmməd Kakar bildirib: “Ən azı on nəfər həlak olub, 32 nəfər yaralanıb. Yaralılar mülki xəstəxana və travma mərkəzinə aparılıb.”
Qeyd edək ki, daha əvvəl Pakistanın Peşəvər şəhərində kamikadzenin polis qərargahına hücumu nəticəsində 3 polis əməkdaşı həyatını itirmişdi.
DOĞRU.AZ




























