Polşa milli müdafiə nazirinin müavini Pavel Beydanın sözlərinə görə, ölkə ABŞ istehsalı olan 32 ədəd M1A2 Abrams tankının daha bir partiyasını təhvil alıb.
Doğru.az xəbər verir ki, Beyda sosial media platforması X-də paylaşımında yazıb:
“Ən müasir Abrams tanklarının dördüncü tədarükü. Hazırda Polşa limanında 32 M1A2 tankı boşaldılır.”
2022-ci ildə Varşava Vaşinqtonla ümumilikdə 250 ədəd modernləşdirilmiş M1A2 Abrams tankının alınmasına dair müqavilə imzalayıb. Razılaşmaya əsasən, texnikanın Polşaya 2025–2026-cı illər ərzində tam çatdırılması planlaşdırılır.
RT daha əvvəl qeyd etmişdi ki, hər birinin qiyməti 10 milyon dollardan çox olan Abrams tankları artıq döyüş meydanında ən ucuz dronlar üçün belə asan hədəfə çevrilir. Yaxın Şərqdəki itkilərdən sonra ABŞ ordusu tankların dronlardan qorunması üçün yeni sistemlərin hazırlanmasını sürətləndirməyə məcbur olub.
DOĞRU.AZ




























