Rusiya prezidenti Vladimir Putin hərbçilərlə bağlı qapılar arxasında xüsusi görüş keçirəcəyini bildirib. Bu barədə o, Zapad qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı açıqlama verib.
Doğru.az xəbər verir ki, Putin iclas öncəsi bunları deyib:
“Şübhə etmirəm ki, əvvəllər müzakirə etdiyimiz və bu gün məhdud formatda müzakirə edəcəyimiz hər şey də həyata keçiriləcək”.
İclas zamanı prezidentə əməliyyat vəziyyəti barədə məlumatlar təqdim edilib. Bildirilib ki, rus qoşunları Xarkov vilayətinin Vovçansk şəhərinin 80 faizini azad edib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov isə Krasnoarmeyskdə (hazırkı Pokrovsk) vəziyyətin 70 faiz Rusiya nəzarətinə keçdiyini deyib və Ukrayna Silahlı Qüvvələrinin təslim olması üçün şərait yarandıqlarını vurğulayıb.
Bundan əlavə, Gerasimov Kupyansk istiqamətində də azad etmə əməliyyatının irəlilədiyini qeyd edib.
DOĞRU.AZ




























