image-ads_n1karobka_mobile
image-qazaxstanbackend

Qazaxıstan CFE Müqaviləsində iştirakını dayandırdı

image-add-a-heading

Qazaxıstan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (CFE) iştirakını rəsmən dayandırıb. Bu barədə qərarı ölkə prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Sənəd respublikanın normativ-hüquqi aktların informasiya sistemində yayımlanıb.

Doğru.az xəbər verir ki, fərmanda 1990-cı il 19 noyabr tarixli CFE Müqaviləsinin qüvvədən çıxarıldığı qeyd olunub.

Xatırladaq ki, bu il Belarus da müqavilədə iştirakını dayandırmışdı. 2023-cü ildə isə Rusiya və ABŞ eyni addımı atmışdı. İyulun sonunda Ukrayna da CFE razılaşmasından geri çəkildiyini açıqlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki