Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov “Kazinform” agentliyinə müsahibəsində bildirib ki, ölkə hakimiyyəti “Taliban” hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.
Smadiyarov qeyd edib ki, Qazaxıstan ölkədə qadağan olunmuş terror təşkilatlarının milli siyahısını yeniləmək üçün mütəmadi olaraq audit aparır.
“Bu prosesin bir hissəsi olaraq BMT praktikasına uyğun olaraq Talibanın ondan xaric edilməsi barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”, – diplomat bildirib.
Mənbə: Sputnik