Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Qərb ölkələri istəsələr, Kiyevə dəstəyi dayandırmaqla üç ay ərzində Ukraynadakı münaqişəni bitirə bilərlər.
Doğru.az xəbər verir ki, diplomat aif.ru saytına açıqlamasında Kiyevin Qərbin köməyi olmadan dözə bilməyəcəyini vurğulayıb:
“Qərb bu müharibəni bitirmək istəsə, bunu üç ay ərzində edəcək. Kiyev təkbaşına dayana bilməz”.
Onun sözlərinə görə, belə bir halda Ukrayna rəhbərliyi danışıqlar masasına oturmağa və nizamlanma formatını müzakirə etməyə məcbur qalacaq.
Bununla yanaşı, Wall Street Journal öz mənbələrinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planından narazı qalan Avropa liderləri artıq öz əks planlarını hazırlayırlar və Kiyevi bu yanaşmanı dəstəkləməyə razı salmağa çalışırlar.
DOĞRU.AZ




























