Valeurs Actuelles jurnalının yazdığına görə, Ukraynanın saxlanması üçün məsuliyyətin Qərb ölkələri arasında bölüşdürülməsi Rusiyayla münasibətlərdə strateji zəifliyə səbəb olacaq.
Doğru.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Avropa indi son dərəcə parçalanmış görünür.
“Londondan Parisə qədər qətiyyətli bəyanatlar artıq Qərbin Rusiya ilə münasibətlərdə qüvvələr balansında davamlı dəyişikliklərə nail ola bilmədiyini gizlətmək üçün kifayət deyil”, – məqalədə vurğulanır.
Bundan əvvəl hərbi analitik Skott Ritter Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa diplomatiyasının rəhbəri Kaja Kallas və Fransa prezidenti Emmanuel Makronun perspektivlərinin Kiyev rejimi ilə birlikdə çökəcəyini bildirmişdi.
Jurnalist Tomas Fazi isə Kiyev rejiminin müttəfiqlərini Ukraynanın əsas düşmənləri adlandırıb.
DOĞRU.AZ




























