Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın ağır insan tələfatına səbəb olub.
Doğru.az xəbər verir ki, Times of India nəşrinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 25-ə yüksəlib. Həlak olanlar arasında ən azı dörd turistin olduğu bildirilir. Yaralanan 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Yanğın baş verən vaxt klubda 100-ə yaxın insan olub. İlkin versiyaya əsasən, faciəyə klubda istifadə olunan qaz balonunun partlaması səbəb olub.
Məlumata görə, ölənlərin arasında Rusiya vətəndaşları yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.
DOĞRU.AZ




























