image-n1karobka_ads
image-123
image-f16161684823525backend

Rumıniya noyabrın 22-nə keçən gecə iki F-16 qırıcı təyyarəsini sındırıb

image-ad_qayo_720x110px

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, noyabrın 22-nə keçən gecə Rumıniya Hərbi Hava Qüvvələrinin iki F-16 Fighting Falcon qırıcı təyyarəsi Ukrayna ilə sərhəddə hava vəziyyətini izləmək üçün Borça şəhərindəki 86-cı aviabazadan havaya qalxıb.

Doğru.az xəbər verir ki, nazirliyin məlumatına görə, təyyarələrin havaya qaldırılmasına səbəb ölkənin hava məkanına pilotsuz uçuş aparatının daxil olma ehtimalı olub.

“İHA-nın Rumıniyanın hava məkanına daxil olması qeydə alınmayıb; F-16 Fighting Falcon təyyarələri Borçadakı bazaya qayıdıb”, – açıqlamada deyilir.

Bundan əvvəl Rusiyanın Buxarestdəki səfirliyi Rumıniya Xarici İşlər Nazirliyinin Rusiya İHA-sının hava məkanını pozması barədə ittihamlarını rədd edib.

Eyni zamanda, Rumıniya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna hərbi təyyarələri 2022-ci ildən bəri Rumıniyanın hava məkanını 7 dəfə pozub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki