“Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, şirkət Hindistan müəssisələri ilə birlikdə Hindistan Hərbi Hava Qüvvələri üçün aviasiya silahlarının istehsalının yaradılmasını müzakirə edir.
O, bu barədə Dubay Airshow 2023 zamanı bildirib.
Mixeyevin sözlərinə görə, Hindistanın özəl və dövlət müəssisələri ilə aviasiya silahlarının birgə istehsalının təşkili və onların Hindistanda mövcud aviasiya donanması ilə inteqrasiyası üzərində iş aparılır.
“Rosoboroneksport”un baş direktoru vurğulayıb ki, Rusiya tərəfi Hindistanlı həmkarlarının məhsulların idxalı ilə bağlı ciddi tələblərindən, eləcə də Hindistanın Make In India proqramı çərçivəsində hərbi-texniki əməkdaşlıqda tərəfdaşlarına qoyduğu tələblərdən qorxmur.
Mənbə: Gazeta.ru