image-2000x150px
image-123
image-ads_atlas
image-2023-10-21t091904z_290956695_rc2xw3ap1m2i_rtrmadp_3_israel-palestinians-egypt-pic_32ratio_900x600-900x600-69766backend

Rusiya vətəndaşları Qəzzadan Misirə buraxılmayıb

image-728x90px

Rusiya vətəndaşlarının Qəzza zolağından Misirə Rəfah keçid məntəqəsindən daxil olmasına icazə verilməyib.

Bu barədə “Moskovski Komsomolets” qəzeti Fələstin anklavında ilişib qalan ruslara istinadən xəbər verir.

Qəzetin Rusiya vətəndaşı olan mənbəsi bildirib ki, Rusiya vətəndaşlarına hələ də “yaşıl dəhliz” verilməyib.

“BMT əməkdaşlarının, İordaniya, Moldova, Avstriya və Afrika ölkələrinin vətəndaşlarının keçdiyi barədə məlumat var. Sabah evakuasiya olunacaqların siyahılarını göndərdilər. Amerika, Avstriya, Moldova vətəndaşları var… Amma hələ də ruslar yoxdur. Konsul heç nə edə bilməz. Bu sadəcə bir kabusdur. Vəziyyət fəlakətlidir. Bizə deyirlər: işləyirik, gözləyin. Bəs həqiqətənmi onlar öz vətəndaşlarını çıxarmaq üçün bu qədər uzun müddət razılığa gələ bilmirlər?” – deyə qadın bildirib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki