image-2000x150px
image-123
image-ads_atlas
image-untitled-221backend

“Seçki ilə bağlı yayılmış video başqa ölkədə çəkilib” – RƏSMİ

image-728x90px

Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin 21 saylı məntəqəsində növbədənkənar prezident seçkisi ilə bağlı qutuya bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb.

Doğru.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir.

“Video manipulyasiya məqsədilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır. Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib.

Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar mübarizə və geniş maarifləndirmə işləri aparır.

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, – deyə məlumatda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki