image-2000x150px
image-123
image-ads_atlas
image-1708610720239244681_1200x630backend

Şəkidə fermerlərə aqrar sığorta ödənişi verilib – FOTO

image-728x90px

Aqrar Sığorta Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə təbiət hadisələrindən zərər çəkən şəkili fermerlərə sığorta ödənişi verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirak etdiyi tədbirdə aqrar sığorta haqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim edilib.

Qeyd olunub ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə zərər dəyib. Ən çox zərər görən bölgələrdən biri də Şəki rayonudur.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki rayonunda coğrafi şəraitin mürəkkəb olduğunu xatırladaraq deyib ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər vurulması ilə nəticələnir. E.Usubov fermerləri belə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb.

Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Fond rəhbəri bildirib ki, 2022-ci ildə də baş verən hadisələr səbəbindən Şəkidə təsərrüfatlara zərər dəymişdi, həmin il rayonda 438 fermerə 348 min manat sığorta ödənişi edilmişdir.

Ötən ildə baş verən hadisələr nəticəsində isə Şəkidə 271 fermerə, ümumilikdə, 694 min manat sığorta ödənişi olunub. Bu məbləğin 544 min manatı arpa, 150 min manatı isə buğda əkinləri üzrə ödənilib. Nəticədə Şəkidə bəzi təsərrüfatlar məhz aqrar sığorta ödənişi sayəsində təkrar əkinlər apararaq, fəaliyyətlərini davam etdiriblər.

Tədbirdə qeyd edilib ki, ümumilikdə, 2023-cü ildə ölkədə baş verən hadisələr üzrə fermer və təsərrüfatlara indiyədək 4,4 milyon manat ödəniş edilib. Bu proses davam edir və keçən il üzrə ödənişlərin, ümumilikdə, 8 milyon manata yüksələcəyi gözlənilir.

Sonra Şəki-Zaqatala bölgəsi üzrə aqrar sığorta xidmətləri təqdim edilib, fermerlərə izahat verilib. Belə ki, bölgədə min manatlıq tütünün sığortalanması 62 manata başa gəlir, bunun yarısını dövlət ödəyir, nəticədə fermer cəmi 31 manat ödəniş etməklə məhsulunu sığortalaya bilər. Qoz, fındıq və ərik bağlarında min manatıq məhsulun sığortalanması fermerə 20 manata, badam məhsulunun sığortalanması isə cəmi 7 manata başa gəlir.

Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim edilib. Fermerlərin sualları cavablandırılıb, onlara ətraflı izahat verilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” bölməsindən əldə etmək mümkündür.

Fermerlər, həmçinin Fondun 1651 “Çağrı mərkəzi”nə zəng etməklə aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

DOĞRU.AZ

image-17086107202798628762_1200x630 image-17086107204440972_1200x630 image-17086107206229965417_1200x630 image-17086107201059559931_1200x630

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki