image-n1karobka_ads
image-123
image-2023-11-08t134716z_39075933_rc23z3as0ytr_rtrmadp_3_finland-estonia-gas-pic_32ratio_1200x800-1200x800-74188backend

“Şimal axını” yaxınlığında “Balticconnector” qaz kəməri zədələnib

Estoniya və Finlandiya arasında Baltik dənizinin dibi ilə çəkilən Balticconnector qaz kəməri iki “Şimal axını” xəttinin keçdiyi yerin yaxınlığında zədələnib. Bu barədə Estoniyanın ERR dövlət teleradio yayımçısının saytında məlumat verilib.

Estoniyanın “Eering” enerji şirkətinin əldə etdiyi məlumata görə, “Balticconnector” Rusiya-Almaniya “Şimal axını 1” qaz kəmərinin iki xətti arasında zədələnib. Bu iki boru arasındakı məsafə 900 metrdir. Qırma “Şimal axını 1” qaz kəmərinin A xəttinə ən yaxın yerdə yerləşir. Bu faktın hələlik ictimaiyyətə məlum olmadığı qeyd edilir.

Bundan əvvəl bildirilmişdi ki, Finlandiya Mərkəzi Kriminal Polisi Balticconnector qaz kəmərinin zədələndiyi yerdə tapılan lövbərin texniki müayinələrinin onun Çinin “Newnew Polar Bear” gəmisinə aid olması şübhələrini artırdığını bildirib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki